Türk ordusu terrorçuların axırına çıxır

© REUTERS / Khalil AshawiTürk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il
Türk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
TSQ: Əməliyyatın 27-ci günündə 43 terrorçu zərərsizləşdirilib

BAKI, 15 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ/TSK) və Azad Suriya Ordusunun (ASO) Afrin bölgəsində birgə həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb. Sputnik Türkiyə xəbər verir ki, məlumatı ölkənin TSQ-nin Baş Qərargahı yayıb.

"Hərbi əməliyyatın başladığı tarixdən indiyədək məhv edilən terrorçuların sayı 1528-ə çatıb. Əməliyyatın 27-ci günündə isə zərərsizləşdirilən terrorçu sayı 43-dür", — deyə məlumatda bildirilir.

Xatırladaq ki, PYD/YPG terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başlayıb.

Xəbər lenti
0