Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BMT iclası Rusiya-ABŞ "atışmasına" səhnə oldu

© AFP 2024 / ALEXANDER KLEIN BMT-nin Vyana ofisi
BMT-nin Vyana ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Gərginlik tərəflərin bir-birini sərt sözlərlə tənqid etməsi ilə nəticələnib

BAKI, 15 fevral — Sputnik. Suriyadakı hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda ABŞ və Rusiya nümayəndələri arasında gərginlik yaşanıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, gərginlik tərəflərin bir-birini sərt sözlərlə tənqid etməsi ilə nəticələnib.

Pentagon - Sputnik Azərbaycan
ABŞ nüvə doktrinasını açıqladı, Rusiya "yarımdüşmən" elan edildi

Birləşmiş Ştatlar təmsilçisi Niki Haley (Nikki Haley) Rusiyanı Suriyadakı gərginliyin artmasında təqsirləndirib. "Maraqlıdır ki, Rusiyanın özünün vasitəçiliyi ilə müharibələrdən təmizlənmiş bölgələrdə hələ də havadan bombardmanlar davam edir. Mülki vətəndaşlar, müxaliflər hədəfə alınır. Rusiyanın Bəşər Əsəd rejimi üzərində təsir gücünə sahib olduğunu bilirik. Və tələb edirik ki, rejimə təzyiqlər göstərsin", — Haley bildirib.

Öz növbəsində Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzya Amerikanı müxaliflərə təzyiq göstərməyə çağırıb: "Siz bizdən rejimə təzyiq göstərməyimizi istəyirsiniz. Ancaq özünüz atəşkəsi pozan müxaliflərə heç bir xəbərdarlıq etmirsiz. Sizin də onlar üzərində ciddi təsiriniz var".

Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre isə Suriyada artan hərbi gərginliyin beynəlxalq böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Xəbər lenti
0