ABŞ nüvə doktrinasını açıqladı, Rusiya "yarımdüşmən" elan edildi

© Sputnik / David B. GleasonPentagon
Pentagon - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya "potensial təhlükə" adlandırılır və qeyd edilir ki, Moskva birinci olaraq "məhdud nüvə zərbəsi" endirməklə hədələyir

BAKI, 3 fevral — Sputnik. Amerika Birləşmiş Ştatları yeni hərbi doktrinasını dərc edib. Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadən xəbər verir ki, yeni doktrinada Vaşinqtonun kimləri düşmən olaraq gördüyü açıqlanıb.

Doktrinada ilk növbədə Şimali Koreya "təxirəsalınmaz və gözlənilməz təhlükə" kimi dəyərləndirilir. Qeyd edilir ki, Pxenyan 2006-cı ildən bu yana 6 nüvə sınağı, o cümlədən ən təhlükəli olan hidrogen bombası sınağı keçirib, yaxın vaxtlarda ABŞ-ı vurmaq üçün ballistik raket yarada biləcək.

Doktrinada İrana xüsusi yer ayrılır. Qeyd edilir ki, Tehran kimyəvi və bioloji silah yaradılmasına investisiya qoymaqda davam edir. Həmçinin, İran Yaxın Şərqdə raket proqramına vəsait ayırır və gələcəkdə nüvə silahına sahib ola bilər.

Rusiya "potensial təhlükə" adlandırılır və qeyd edilir ki, Moskva birinci olaraq "məhdud nüvə zərbəsi" endirməklə hədələyir. Rusiya silahlar üzərində nəzarət barədə razılaşmaları və digər beynəlxalq öhdəlikləri pozmaqda ittiham olunur. Bundan əlavə, Rusiyanın nüvə potensialını yeniləməsi onun "fövqəldövlət" statusunu qaytarmaq istəyi kimi dəyərləndirilir.

Buna baxmayaraq, ABŞ Rusiya və Çini rəqib kimi nəzərdən keçirmək istəmədiyini, onlarla stabil münasibətlərə can atdığını bəyan edir.  

Xəbər lenti
0