BAKI, 15 fevral — Sputnik. Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən ayrılıb.
L.Seyidbəyova APA-ya açıqlamasında faktı təsdiq edib.
Qeyd edək ki, Leyla Seyidbəyova tibb elmləri üzrə fəlsəfə doktorudur, o, əvvəllər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova isə "Report"a açıqlamasında bildirib ki, L.Seyidbəyliyə yeni vəzifə verilib: "Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı doğum evinə baş həkim təyin olunub".
S.Əhmədova onu da qeyd edib ki, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.