Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. Bakıda cavan oğlan kiçik qardaşını yaralayıb. Qardaşlar arasında dava onlardan birinin xəstəxanalıq olması ilə nəticələnib.
Bu barədə Sputnik Azərbaycan-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət fevralın 14-də, axşam saatlarında törədilib. Bakıxanov qəsəbəsinin sakini, 1999-cu il təvəllüdlü Cəfərli Tural Oqtay oğlu evə gələrək 2001-ci il təvəllüdlü qardaşı Turanla münasibətlərinə aydınlıq gətirərkən onu bıçaqla əlindən yaralayıb. Kiçik qardaşın aldığı xəsarət ciddi olub, bıçaq onun arteriyasına toxunub. 17 yaşlı Turan çoxlu qan itirib və onu təcili 3 saylı Kliniki Şəhər Xəstəxanasına çatdırıblar. Hazırda zərərçəkmişin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi açılıb, münaqişənin törədildiyi şərait araşdırılır.