CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəyanətə görə arvadını xəncərlə doğrayan kişiyə ittiham elan olunub

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidHakim çəkici, arxiv şəkli
Hakim çəkici, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şamil Hacıyev aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib

BAKI, 15 fevral — Sputnik. İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sputnik Azərbaycan femida-ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Наручники, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
4 ay əvvəl qətl törədənlər yaxalandılar

İttihama görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonunun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib.

İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və onu işgəncə ilə öldürmək istəyib. Sonda o, istəyinə nail ola bilib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, fərdi əməklə məşğul olub. Onun sözlərinə görə, arvadı da şirniyyat sexlərindən birində işləyib.

Demirchi Tower - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda biznes mərkəzdə qətl

Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini izləməklə öyrənə bilib: "Arvadımı öldürmək niyyətim olmayıb. Ona işgəncə vermək, dərsini almağı düşünməsini istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə olan zaman onunla mübahisə etdim. Amma məqsədim ona işgəncə vermək idi. Bu səbəbdən evdə saxladığım xəncərlə onun bədənini müxtəlif nahiyələrinə xəsarət yetirdim".

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Xəbər lenti
0