Şirlər tərəfindən parçalanan adamın kəlləsi tapıldı

© Sputnik / Pavel Lysitsin / Mediabanka keçidŞir
Şir - Sputnik Azərbaycan
Abunə olmaq
Aslanları ovlamaq istədi, özü qurbana çevrildi

BAKI, 14 fevral — Sputnik. Cənubi Afrika Respublikasında yerləşən Limpopo vilayətində şirlər insanı parçalayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Limpopo polisi həftə sonu parkda insan qalıqlarının tapıldığı barədə açıqlama yayıb: "Müəyyən edilib ki, həmin adam parkda qanunsuz ov edən zaman şirlər tərəfindən öldürülüb. Bədəni tam olaraq vəhşi aslanlar tərəfindən yeyilib. Yalnız başı və paltarları qalıb".

Qeyd edək ki, son illər bu ərazidə aslanların ovlanması da artıb. Çünki aslanların bəzi əzalarından bir sıra Afrika ölkələrində dərman hazırlamaq üçün istifadə olunur. Şirə görə isə böyük məbləğdə pul verilir. Ona görə də, bu ərazilərdə qanunsuz ov edənlərin sayı artıb. Güman ki, ova gələn həmin kişi də özü qurbana çevrilib.

Xəbər lenti
0