CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevgililər Günü etirafı: "Demişəm ki, bir dəstə güldənsə, bir kilo şokolad alsın"

© Sputnik / Irade JELILBakıda gül dükanı
Bakıda gül dükanı - Sputnik Azərbaycan
Abunə olmaq
Könül İbrahim: "Həyat yoldaşım 3 gün əvvəl 50 manat verdi ki, özünə hədiyyə al. Mən də özümə 1 şalvar aldım"

Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Bu gün Müqəddəs Valentin və ya Beynəlxalq Sevgililər günüdür. Hər kəs sevdiyi insana hədiyyə alaraq ona sevgisini göstərməyə çalışır. Sputnik Azərbaycan sosial şəbəkələrdə sevib-sevilən insanlar arasında sorğu keçirib. Sevgililər gününə hədiyyə aldınız? Çox xərcə düşməmisiz? Sualına hər kəs özünəməxsus cavab verib.

Cavabları sizə təqdim edirik.

Qənimət Cavadov: "Almaniyada yaşayırıq. Gül dəstəsinə 31 €, gözəllik salonuna isə 100€-luq kupon hədiyyə etdim. Cəmi cümlətani 131 € xərcim çıxdı".

Aysel Aslan: "Axşam işdən çıxanda özümə nərgiz gülü alacam. Bu da olacaq mənim bayram hədiyyəm".

Nara Rəşidova: "Mən sevgililər gününü sevgili olduğumuz gün qeyd etməyi üstün tuturam. Bu günü də elə adi gün kimi keçirirəm. Nişanlım Bakıda, mən isə Qaxdayam. Bir sözlə, bu il heç bir xərcə düşmədik".

© Karikatura14 fevral
14 fevral - Sputnik Azərbaycan
14 fevral

Anar İbrahimli: "Sevginin günü olmaz, lakin 14 fevral sevgililər üçün fərqli bir gündür. Çünki adı üstündə, sevgililər günüdür. Demək olar ki, 2-3 gün idi düşünürdüm ki, görəsən nə alsam yaxşıdır? Bir çox parfüm mağazalarına girdim, parfümlər bir-birindən baha. Son qərarım isə gül almaq oldu. Orada da qiymətlər adi günlərə baxanda baha oldu. Amma çox da xərcə düşmədim. 126 manat xərclədim".

Vüsal Qarayev: "5 aydır Türkiyədə yaşayırıq. Həyat yoldaşım dovğa istəyirdi. Burada dovğalıq göyərti tapılmır. Amma bu gün qəhrəmanlıq etdim. Uzun axtarışlardan, soraqlaşmalardan sonra dovğalıq göyərtilər tapdım. Bayram günündə birlikdə məhəbbətlə dovğa yedik".

Günel Əliyeva: "Şam yeməyi hazırlayıb axşam ailəmi gözləyəcəm. Anamı, qızımı, yoldaşımı. Hədiyyəyə isə pul yoxdur. Həyat yoldaşıma demişəm ki, bir dəstə güldənsə, bir kiloqram şokolad alsın".

Könül İbrahim: "Həyat yoldaşım Türkmən 3 gün əvvəl 50 manat verdi ki, özünə hədiyyə al. Mən də özümə 1 şalvar aldım. Qalan pula isə da Nura saç aksessuarı. Türkmənə də hədiyyə almamışam. Əvəzində İlhamə Əzizovaya və Ayişə Əhmədovaya almışam. Həm sevgililəri yoxdur, həm də axşam Nura baxacaqlar, mən də həyat yoldaşımla şəhərə çıxacağıq".

Xəbər lenti
0