BAKI, 14 fevral — Sputnik. Türkiyənin Anadolu xəbər agentliyi Afrindəki hərbi əməliyyatla bağlı maraqlı video paylaşıb. Sözügedən videoda PYD-li terrorçular mülki geyimdə gözə çarpır.
Onlar dinc vətəndaşların yaşadıqları evlərin arasında gizlənərək oradan Türkiyə istiqamətində topdan atəş açırlar. Pilotsuz uçan aparat — İHA-lar həmin anları saniyə-saniyə qeydə alıb. Videoda terrorçuların top atəşindən sonra qərargaha girdikləri görülür. Həmin qərargah isə bir neçə dəqiqədən sonra türk qırıcıları tərəfindən bombalanır.
Sputnik Azərbaycan o anları olduğu kimi təqdim edir: