BAKI, 14 fevral — Sputnik. Çində qeyd olunan ənənəvi bahar bayramı münasibətilə hər il yüz milyonlarla insan şəhərlərdən çıxaraq kənd və qəsəbələrdəki yaxın qohumlarını ziyarətə gedirlər. Ənənə bu il də pozulmayıb.
Donqquan şəhərində yaşayan çinli bir qadın da uzaqdakı yaxınlarını görə bilmək üçün qatar stansiyasına yollanıb. Hər kəs kimi o da, qatara minmədən öncə X-ray (rentgen) cihazından keçməli olub. Ancaq çantasındakı pulun oğurlanmasından qorxan qadın çanta ilə biryerdə X-ray cihazının içinə girib.
Sputnik Azərbaycan "Daily Mail"ə istinadən həmin görüntüləri anbəan təqdim edir: