BAKI, 14 fevral — Sputnik. Dünya birjalarında neftin qiyməti yenidən dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neft 0,334 faiz bahalaşaraq barreli 62,80 dollar olub. WTI markalı neftin mart fyuçersi 0,186 faiz ucuzlaşaraq barreli 59,18 dollara düşüb.
"Azeri Light" markalı neftin bir barrelinin qiyməti isə 1,1 dollar ucuzlaşaraq 63,69 dollar olub.