Müslüm İbrahimov: “Azərbaycanda çayçılığın inkişafı üçün bütün şərait var”
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, çayçılığı inkişaf etdirmək üçün bütün şərait mövcuddur: “Azərbaycan bu statusuna görə öz məhsulunu sata bilər. Bizim məhsullarımıza, əsasən, Qərbi Avropada tələbat var. Bu da xarici valyutanın Azərbaycana gəlməsi üçün şərait yaradır. Aksioma kimi qəbul olunmalıdır ki, bu məhsullar istehsal edilib dünya bazarına çıxarılmalıdır”.