Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Beynəlxalq agentlikdən Azərbaycan üçün xoş proqnoz

© AFP 2024 / MIGUEL MEDINAВход офиса рейтингового агентства Fitch ratings в Париже
Вход офиса рейтингового агентства Fitch ratings в Париже - Sputnik Azərbaycan
Abunə olmaq
“Nominal ifadədə 2018-ci ildə ÜDM-in 43,4 milyard dollar, 2019-cu ildə isə 47,3 milyard dollar olacağı gözlənilir"

BAKI, 14 fevral — Sputnik. "Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün iqtisadi artımla bağlı proqnozunu açıqlayıb.

“APA-Economics” xəbər verir ki, şirkətin Azərbaycanla bağlı hazırladığı “Ölkə üzrə risk” adlı proqnoz hesabatında qeyd olunub ki, proqnoza əsasən, bu il iqtisadi artım 2017-ci illə müqayisədə 1,2%, gələn il isə 3,3% təşkil edəcək.

“Nominal ifadədə 2018-ci ildə ÜDM-in 43,4 milyard dollar, 2019-cu ildə isə 47,3 milyard dollar olacağı gözlənilir. Bundan başqa, Azərbaycanda istehlak qiymətləri indeksinin bu il 9%, gələn il isə 4,8% olacağı proqnozlaşdırılır”, – hesabatda qeyd olunub.

Xəbər lenti
0