BAKI, 13 fevral — Sputnik. Dünən axşam saatlarında Türkiyədə yanacağın qiyməti düşüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünəndən etibarən benzinin qiyməti litrində 11 quruş (0.5 qəpik), dizelin qiyməti isə 17 quruş (0.8 qəpik) düşüb.
Məlumata görə, firmaların müəyyən etdiyi qiymətlərdə şirkətlər və şəhərlərə görə kiçik fərq müşahidə edilir.
Xatırladaq ki, benzinin qiymətində son dəfə fevralın 9-da 16 quruş (0.7 qəpik) endirim, dizelin qiymətində isə yanvarda 8 quruş artım (0.4 qəpik) edilmişdi.