BAKI, 13 fevral — Sputnik. Cənubi Afrika Respublikasında hakim Afrika Milli Kongresi (ANC) prezident Ceykob Zumaya istefaya getmək üçün 48 saat vaxt verib.
Trend-in məlumatına görə, əks təqdirdə dövlət başçısının vəzifəsindən kənarlaşdırılacağı bildirilib.
Daha öncə yerli KİV-lər prezidentin dövlət əmlakının mənimsəməsi ilə bağlı qalmaqalla əlaqədar istefaya gedəcəyi barədə məlumat yayıb. Bunun istefanın şərtləri razılaşdırıldıqdan sonra baş verəcəyi bildirilirdi.
Zumanın səlahiyyət müddəti 2019-cu ildə başa çatır.