Ermənistanda sensasion hadisə

© Sputnik / Asatur YesayantsМэрия Еревана
Мэрия Еревана - Sputnik Azərbaycan
Abunə olmaq
Müxalifət nümayəndələri iclasa bir banka kanalizasiya tullantısı gətiriblər

BAKI, 13 fevral — Sputnik. Ermənistan parlamentinin "Yerkir tsirani" ("Əriklər ölkəsi") müxalifət fraksiyasının nümayəndələri Ağsaqqallar Şurasının iclasına bir banka kanalizasiya tullantısı gətiriblər. Sputnik Ermənistan-ın məlumatına görə, "Yerkir tsirani"-nin üzvləri bəyan ediblər ki, paytaxtın Nubaraşen inzibati dairəsinin sakinləri hər gün kommunal xidmətlərin fəaliyyətsizliyi ucbatından kanalizasiya sularının üfunətli iyindən "feyziyab" olmaq məcburiyyətində qalırlar.

Protesters against a hike in electricity prices scuffle with policemen in Yerevan, Armenia, July 6, 2015. - Sputnik Azərbaycan
Ermənistanda vəziyyət gərginləşdi

"Kommunal xidmətlər qırılaraq sıradan çıxan kanalizasiya borusunun təmiri üçün heç bir tədbir görmür" — deyən müxalifətçilər maska geyinərək şüşə bankaların ağzını açıblar.

Bundan sonra zala kəskin iy yayılıb. Qor Vardanyan və Ermənistan Respublika Partiyası fraksiyasının bir neçə üzvü əlində kanalizasiyadan toplanmış üfunətli tullantı olan banka ilə Yerevan meri Taron Markaryana doğru getməyə cəhd edən Mariam Xaçatryanı saxlamağa çalışıblar. Bu zaman söyüş və qışqırıqlarla müşayiət olunan qarışıqlıq yaranıb.

Mariam Xaçatryan bankadakı kanalizasiya tullantısını "Nubaraşendən hədiyyə" deyərək zalın döşəməsinə səpələyib. Qarışıqlıq zamanı Xaçatryanın sifətinə yumruq zərbəsi dəyib. Məsələyə "Çıxış" müxalifət blokunun üzvləri də müdaxilə ediblər.

Ağsaqqalların itaətsizlik nümayiş etdirən üzvlərinin ram edilməsi üçün hadisə yerinə polis çağırılıb. Ağsaqqallar Şurasının iclası yarımçıq kəsilib, jurnalistlərdən binanı tərk etmələri tələb olunub.

Xəbər lenti
0