Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Həmkarları Xalq artistini belə yad etdilər

© Photo : Simsar.azAzərbaycan Respublikasının xalq artisti Zərnigar Ağakişiyeva
Azərbaycan Respublikasının xalq artisti Zərnigar Ağakişiyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Akademik Milli Dram Teatrında Zərnigar Ağakişiyevanın xatirəsinə həsrolunan mərasim keçirilib

BAKI, 12 fevral — Sputnik. Akademik Milli Dram Teatrında Xalq artisti Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan tədbir və üç mərasimi keçirilib. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mərasimdə Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artistləri Şəfiqə Məmmədova, Arif Quliyev və başqaları iştirak ediblər.

Təcili tibbi yardım - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanın Xalq artisti vəfat etdi

Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. Teatr rəhbəri qeyd edib ki, Z.Ağakişiyeva uzun illər Akademik Milli Dram Teatrında çalışıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların sevgisini qazanıb.

"Biz Zərnigar xanımın timsalında çox istedadlı, görkəmli aktrisamızı itirmişik. Zərnigar Ağakişiyeva bütün həyatını teatra həsr edib. Onu ötən əsrin 60-cı illərdən tanıyırdım. Mən Əliheydər Ələkbərovla bir kursda çalışırdım. Sonra Əliheydər müəllimin səhhətində problem yarandı, dərslərə gələ bilmədi, onun kursunu mənə həvalə etdilər. Həmin kursda Zərnigar xanım da var idi. Qürur duyuram ki, həmin kursdan Azərbaycan teatrına Yaşar Nuri və Zərnigar Ağakişiyeva kimi aktyorlar gəldilər", — direktor bildirib.

"Bu gün Zərnigar xanımın üç mərasimidir. Zərnigar Ağakişiyeva Qubada dəfn olunub. Akademik Milli Dram Teatrı onun dəfni üçün hər bir hazırlığı görmüşdü. Ailə üzvləri istədilər ki, onu özləri Qubaya aparsınlar. Allah Zərnigar xanıma rəhmət etsin, ruhu şad olsun. Onun xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq, Zərnigar xanımı həmişə hörmət və ehtiram hissi ilə yad edəcəyik", — A.P.Nemətov əlavə edib.

Azərbaycan Respublikasının xalq artisti Zərnigar Ağakişiyeva - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Qorxduğu kimi yaşayıb, qorxduğu kimi ölən aktrisa: Onu addım-addım izləyən nə idi?

Qeyd edək ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris Teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb.

1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Xəbər lenti
0