Donald Trampdan gözlənilməz açıqlama

© AP Photo / Susan WalshDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev rəhbəri Qərbi Şəriədəki qanunsuz tikilən yəhudi yaşayış məskənlərindən narahat olduğunu və İsrailin bu məsələdə diqqətli davranmalı olduğunu deyib

BAKI, 12 fevral — Sputnik. Hər zaman, bütün çıxışlarında Fələstini sülhü istəməməkdə təqsirləndirən ABŞ prezidenti Donald Tramp bu dəfə İsraili də tənqid edib. Sputnik Azərbaycan xəbər verir ki, İsrailin Hayom qəzetinə danışan Tramp deyib ki, rəsmi Təl-Əvivin də sülh istədiyindən tam əmin deyil.

Вид на города Иерусалим, фото из архива - Sputnik Azərbaycan
ABŞ-ın səfirliyinin Qüdsə köçürüləcəyi tarix məlum oldu

"ABŞ-İsrail əlaqələri mükəmməldir, ancaq Fələstinlə əldə ediləcək razılıq bu əlaqələri daha da mükəmməl edəcək", — prezident qeyd edib.

Tramp Qərbi Şəriədəki qanunsuz tikilən yəhudi yaşayış məskənlərindən narahat olduğunu və İsrailin bu məsələdə diqqətli davranmalı olduğunu deyib: "Yeni yəhudi yaşayış məskənlərinin sülhə müsbət təsir göstərdiyini düşünmürəm. Bundan öncəki təcrübələr bunu deməyə əsas verir".

Xatırladaq ki, ötən ilin dekabrında ABŞ rəhbəri Donald Tramp səmavi dinlər üçün müqəddəs şəhər olan Qüdsü İsrailin paytaxtı kimi tanıdığını, ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəklərini açıqlamışdı.

Trampın qərarına, başda müsəlman ölkələr olmaqla, katolik xristian dünyası da sərt şəkildə qarşı çıxmışdı. Fələstinlilər kütləvi müqavimətə başlamağa məcbur qalmış, İsrail ordusu və polisi ilə toqquşmalarda onlarla fələstinli dünyasını dəyişmişdi.

Xəbər lenti
0