Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Silah satıb pul qazanmaq istəyirdi, tutuldu

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kuhi saxlanılıb

BAKI, 12 fevral — Sputnik. Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə rayon ərazisində Ceyhun adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah saxlaması və satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs — Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kuhi saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində patronlar olan "Naqan" markalı tapança aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı Oğuz rayonundan Bakıya 500 manata satmaq məqsədi ilə gətirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

Xəbər lenti
0