Saakaşvili Polşaya qaytarıldı

© Sputnik / STR / Mediabanka keçidЛидер "Движения новых сил", бывший глава Одесской области Михаил Саакашвили выступает в национальном университете "Львовская политехника" во Львове, 20 декабря 2016 года
Лидер Движения новых сил, бывший глава Одесской области Михаил Саакашвили выступает в национальном университете Львовская политехника во Львове, 20 декабря 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili 12 fevralda, Kiyev vaxtı ilə saat 16:00 radələrində çarter reysi ilə Polşaya göndərilib

BAKI, 12 fevral — Sputnik. Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili 12 fevralda, Kiyev vaxtı ilə saat 16:00 radələrində çarter reysi ilə Polşaya göndərilib.

Sputnik Azərbaycan Ukrayna mediasına istinadla xəbər verir ki, Miqrasiya Xidmətindəki mənbə bunun deportasiya olmadığını bildirib. "Bu, deportasiya deyil, qeyri-leqal yolla gəldiyi ölkəyə geri qaytarılması — readmissiyadır. Mixail Saakaşvili sərhəddi qanunsuz olaraq keçdiyi Polşaya yola salınıb", — deyə mənbə bildirib.

Saakaşvilinin tərəfdarı Davil Sakvarelidze "Facebook" hesabında siyasətçinin "Suluquni" adlı gürcü restoranında saxlanıldığını yazıb.

Daha əvvəl xarici KİV Mixail Saakaşvilinin xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətə aparıldığını yazmışdı. Sonra Miqrasiya Xidmətinin onu ölkədən deportasiya etdiyi bildirilib. 

Saakaşvili - Sputnik Azərbaycan
Saakaşvili nənəsi və Stalinin münasibətlərindən danışıb

Ukraynada ötən ilin sentyabrında Saakaşviliyə qarşı Polşa-Ukrayna sərhəddini qanunsuz keçmə ittihamı ilə cinayət işi açılmışdı.

Oktyabrın sonlarında isə Miqrasiya Xidməti Saakaşviliyə əlavə qorumaya ehtiyacı olan şəxs statusu verməkdən imtina etmişdi. Məhkəmə bu qərarı qanuni saymışdı. Saakaşvili qərardan şikayət etsə də, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı. Siyasətçinin müdafiə tərəfi Ukrayna Ali Məhkəməsinə kassasiya şikayəti vermişdi.

Bu il fevralın əvvəllərində isə ədliyyə naziri Pavel Petrenko bəyan edib ki, baş prokurorluq Saakaşvilinin ekstradisiyası ilə bağlı müvafiq işləri davam etdirir.

Bu günlərdə Kiyev məhkəməsi M.Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini də rədd edib.

Xəbər lenti
0