BAKI, 12 fevral — Sputnik. "Son zamanlar radio ilə bağlı tendensiyalar dəyişib". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə radio-aparıcı Əzizə İsmayılova deyib.
O bildirib ki, əgər əvvəllər radio sadəcə musiqi dinləmək üçün sehirli qutu idisə, indi onu əvəz edəcək çoxlu sayda texniki vasitələr mövcuddur: "İndiki dövrün dinləyicisinin ünsiyyətə ehtiyacı var. Zaman ünsiyyət zamanıdır. Burada əsas iş aparıcının üzərinə düşür. Müasir dövrdə dinləyicini dalğada saxlayan yeganə qüvvə aparıcıdır".