Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Vətəndaşların gözlədiyi prosesə start verildi

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidTibb bacısı. Arxiv şəkli
Tibb bacısı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur

BAKI, 12 fevral — Sputnik. Bu gündən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsinə başlanılır. Sputnik Azərbaycan xəbər verir ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə" sərəncam imzalayıb.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək. Bununla əlaqədar respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.

Xəbər lenti
0