BAKI, 12 fevral — Sputnik. Bir neçə gün öncə AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev öncə insult, ardınca infakt keçirib.
Sputnik Azərbaycan məşqçinin səhhəti ilə bağlı məlumat əldə etmək üçün Böyükağa Hacıyevin yaxınları ilə əlaqə saxlayıb. Futbol mütəxəssisinin oğlu Rüstəm Hacıyev saytımıza açıqlamasında bildirib ki, atasının səhhəti yaxşı deyil:
"Bəzi saytlar məlumat verirlər ki, atam evə buraxılıb. Boş söhbətdir. 15-20 dəqiqə öncə həkimi Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimovla görüşdüm. Mənə hələ iki gün də müalicəyə ehtiyac olduğunu dedi. O ki qaldı atamın səhhətində irəliləyişə, bir neçə gün öncə danışa bilmirdi. İndi danışmağa cəhd edir. Amma bizi tanımır. Mənə başqa ad deyir, qardaşıma başqa ad deyir. Etiraf etməliyəm ki, atamın sağalma ehtimalı çox azdır. Çünki ürəyinə görə son 1-2 ayda beyin əməliyyatı oluna bilməz. Gözləyirik."