BAKI, 12 fevral — Sputnik. Rusiyaya məxsus An-148 təyyarəsinin qəzaya uğraması anı kameraya düşüb. Sputnik Azərbaycan xəbər verir ki, rolik "YouTube"da yerləşdirilib.
Videonun 26-cı dəqiqəsində partlayış görünür. Təyyarə düşən kimi partlayır və parçalanır.
Xatırladaq ki, bu gün günorta saatlarında Moskvadan Orska uçan An-148 təyyarəsi havaya qalxandan az sonra radarlardan itib. Bir qədər sonra onun qəzaya uğradığı məlum olub. Qəzaya uğrayan təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan biri milliyətcə azərbaycanlı Qəhrəmanov Namiq adlı şəxsdir.