BAKI, 12 fevral — Sputnik. Türkiyənin tanınmış aktyoru, rol aldığı filmlərlə 1970-80-ci illərə damğasını vuran Kadir İnanır komaya düşüb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Aktyorun beynində yaranan problem səbəbilə xəstəxanaya aparıldığı, orada komaya düşdüyü bildirilir. Həkimlərin məlumatına görə, İnanırın həyati təhlükəsi yoxdur. Yaxınları, media təmsilçiləri və fanatları 69 yaşlı aktyorun qaldığı xəstəxanaya axın ediblər.
Qeyd edək ki, Kadir İnanır 1949-cu ildə Türkiyənin Ordu vilayətində dünyaya göz açıb. Onun ən məşhur filmləri arasında, "Səlvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Sən Türkülərini Söylə", "Savaşımız", "Əlvida Katya" və s. adını çəkmək olar.