BAKI, 11 fevral — Sputnik. 1829-cu il fevralın 11-də Rusiya imperiyasının Tehrandakı səfiri, şair Aleksandr Qriboyedov qətlə yetirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Türkmənçay müqaviləsindən sonra İrandan erməni əhalisinin Azərbaycan torpaqlarına köçürülməsində iştirak edən Qriboyedov həmin müqavilənin birinci ildönümündə bir qrup dindarın Rusiya səfirliyinə basqını zamanı öldürülmüşdü.
Bu hadisədən sonra Fətəli şah Qacar Rusiya ilə münasibətləri sahmanlamaq üçün üzrxahlıq olaraq Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərib.