CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qış ayının yaz havası: Sabah bizi nə gözləyir?

© Sputnik / Murad OrujovДождливая погода в Баку. Архивное фото
Дождливая погода в Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 12-si Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq

BAKI, 11 fevral — Sputnik. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Sputnik Azərbaycan-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına əsasən, fevralın 12-si Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək.

Дождь, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstirahət günü bizi gözləyən hava proqnozu açıqlanıb

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti təşkil edəcək.    

Xəbər lenti
0