Məlum olduğu kimi, toy asan iş deyil, ona əvvəlcədən hazırlaşırlar və hər xırdalığa fikir verirlər. Gəlinin toy geyimi, saç düzümü, makiyajı və aksessuarları xüsusi diqqət tələb edir. "Pi Group" şirkəti məhz gələcək gəlinlərə kömək məqsədi ilə Bakıda möhtəşəm "Beauty Fashion Show" "Yeddi gözəl" tədbirini keçirib. Tədbirdə ən aktual geyimlər və Bakının ən yaxşı dizaynerlərinin aksessuarları nümayiş olunub. Tədbirdə, həmçinin stilistlər, saç ustaları, vizajistlər iştirak edərək bu il aktual olacaq parlaq əl işlərni nümayiş etdiriblər.
Təşkilatçılar əsl şou hazırlamağa nail olublar. Bütün gecə ərzində toy atmosferi yaşanıb, parlaq rəqs və musiqi nömrələri göstərilib, azərbaycanlı müğənnilər isə gecəni gözəl mahnılarla bəzəyiblər.
Bu, Bakıda toy mövzusuna həsr olunan ilk belə moda nümayişi oldu. Maraqlıdır ki, "Beauty Fashion Show" "Yeddi gözəl" tədbiri təkcə toy planlaşdıranlar üçün deyil, artıq çoxdan ailəli olan tamaşaçılar üçün maraqlı idi — tədbirdə heç kim darıxmırdı.
Sputnik Azərbaycan "Beauty Fashion Show" "Yeddi gözəl" moda gecəsinin informasiya tərəfdaşıdır.