Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda möhtəşəm "Yeddi gözəl" gecəsi keçirildi

© Sputnik / Murad Orujov"Yeddi gözəl" moda gecəsi
Yeddi gözəl moda gecəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşaçılar ilk dəfə yerli məşhurlar və dizaynerlərin iştirakı ilə qeyri-adi toy layihəsinə baxıblar

BAKI, 11 fevral — Sputnik. Ən çox gözlənilən Beauty Fashion Show "Yeddi gözəl" moda gecəsi ilk dəfə "Boulevard Hotel Baku"-da keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, gecəni "Pi Group" şirkəti təşkil edib.

Gecədə tanınmış şəxslər, modellər, dizaynerlər, eləcə də sadə vətəndaşlar, o cümlədən tədbiri səbirsizliklə gözləyən sevgili cütlüklər iştirak ediblər.

Qonaqlar üçün foyedə sərgi təşkil edilib. Sərgidə əl işləri, eləcə də müxtəlif brendlərin qiymətli daşları və toy üçün aksessuarlar nümayiş olunub. Bütün bunları elə oradaca əldə etmək olub.

"Yeddi gözəl" tədbirinin təşkilatçısı Pərvanə Məmmədova etiraf edib ki, belə bir miqyaslı tədbiri ilk dəfə təşkil etdiyindən çox həyəcan keçirir. O bildirib ki, bir çoxları bu tədbirin baş tutmasına mane olmağa cəhd göstərdiyinə görə, çoxdankı ideyasını reallaşdırdığına hələ də inana bilmir.  

"Məqsədim toya hazırlaşan sevgili cütlüklərə aksessuar, geyim axtarışını asanlaşdırmaqda kömək göstərməkdir. Güman edirəm ki, hamı razı qalacaq. Mən bu cür layihələri həyata keçirməkdə davam edəcəm. Amma onların mövzusu hər dəfə dəyişəcək" — Məmmədova bildirib.

© Sputnik / Murad Orujov"Yeddi gözəl" moda gecəsi
Yeddi gözəl moda gecəsi - Sputnik Azərbaycan
1/6
"Yeddi gözəl" moda gecəsi
© Sputnik / Murad Orujov"Yeddi gözəl" moda gecəsi
Yeddi gözəl moda gecəsi - Sputnik Azərbaycan
2/6
"Yeddi gözəl" moda gecəsi
© Sputnik / Murad Orujov"Yeddi gözəl" moda gecəsi
Yeddi gözəl moda gecəsi - Sputnik Azərbaycan
3/6
"Yeddi gözəl" moda gecəsi
© Sputnik / Murad Orujov"Yeddi gözəl" moda gecəsi
Yeddi gözəl moda gecəsi - Sputnik Azərbaycan
4/6
"Yeddi gözəl" moda gecəsi
© Sputnik / Murad Orujov"Yeddi gözəl" moda gecəsi
Yeddi gözəl moda gecəsi - Sputnik Azərbaycan
5/6
"Yeddi gözəl" moda gecəsi
© Sputnik / Murad Orujov"Yeddi gözəl" moda gecəsi
Yeddi gözəl moda gecəsi - Sputnik Azərbaycan
6/6
"Yeddi gözəl" moda gecəsi
1/6
"Yeddi gözəl" moda gecəsi
2/6
"Yeddi gözəl" moda gecəsi
3/6
"Yeddi gözəl" moda gecəsi
4/6
"Yeddi gözəl" moda gecəsi
5/6
"Yeddi gözəl" moda gecəsi
6/6
"Yeddi gözəl" moda gecəsi

Gecəyə Vüsalə Kərimova aparıcılıq edib. Tədbir daha çox şou deyil, əsl toy mərasimini xatırladıb. Çünki, əsasən, Azərbaycan xalq mahnıları səsləndirilib.

Tədbirdə iştirak edənlərə Azərbaycandakı ən tanınmış moda evlərinin yaratdığı toy geyimləri təqdim olunub. Geyimlərdən əlavə, vizajist-stilistlər və saç ustaları 2018-ci ildə aktual və dəbdə olacaq toy makiyajları və saç düzümlərini nümayiş etdiriblər.

Tədbirin təşkilatçıları qonaqlara qeyri-adi dəfilə təqdim ediblər. Bu dəfilə moda göstərişi podiumundan çox teatr səhnəsinə oxşayıb. İştirakçılar bəy və gəlin rolunu məharətlə oynayaraq öz bacarıqları ilə hamını heyrətləndiriblər. Modellər səhnəyə tanınmış azərbaycanlı ifaçılar Yaşar Cəlilov, Samirə Əfəndi, Ayaz Babayev və Suranın ifası ilə çıxıblar. Rəqqasə Fatimə Fətəliyeva və şagirdləri də gecəni bəzəyiblər.

Gecənin sonunda ancaq bilet sahiblərinin iştirak etdiyi viktorina keçirilib. Qaliblərə şəhərin toy butik və salonlarına pulsuz kupon hədiyyə edilib.

Bir sözlə, "Beauty Fashion Show" "Yeddi gözəl" moda gecəsi sürprizlərlə bol olub, ən əsası isə, sevgili cütlüklərə toy mərasiminə ən yüksək səviyyədə hazırlaşmaq və düzgün seçim etmək imkanı yaradıb.

Sputnik Azərbaycan "Beauty Fashion Show" "Yeddi gözəl" moda gecəsinin informasiya tərəfdaşıdır. 

Xəbər lenti
0