BAKI, 11 fevral — Sputnik. Amerika kəşfiyyatı bir neçə ay davam edən danışıqlardan sonra Rusiya vətəndaşına 100 min dolları pul ödəyib. Sputnik Azərbaycan “The New York Times”ə istinadla xəbər verir ki, pul Milli Təhlükəsizlik Agentliyindən (MTA) oğurlanan "kibersilahın" və prezident Donald Trump barəsində kompromatın qaytarılması müqabilində ödənilib.
Rusiya vətəndaşı ilə danışıqlar ikinci şəxslər vasitəsilə aparılıb və Almaniya ərazisində baş tutub. Keçən ilin payızında pul həmin şəxsə verilib.
Ancaq söz verilən sənədlərin əvəzində MTA-ya Tramp barəsində "dəqiqləşdirilməmiş və hətta uydurma" məlumatlar ötürülüb. Qəzet yazır ki, "kibersilah" barəsində informasiya isə ümumiyyətlə təqdim olunmayıb.
MTA əməkdaşları məlumatı şərh etməyiblər.