ABŞ-da cinayətkar 4 nəfəri güllələyib, intihar etdi

© AFP 2024 / JIM WATSON Офицер полиции США, архивное фото
Офицер полиции США, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Şerif Dveyn Prays cinayət yerinə gedərək, orada 2 nəfərin cəsədini aşkar edib

BAKI, 11 fevral — Sputnik. ABŞ-ın şərqindəki Kentukki ştatında bir neçə nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, kişi 4 nəfəri öldürəndən sonra intihar edib.

Peyntsvil şəhərinin 911 xidmətinə atışma barədə zəng daxil olub. Şerif Dveyn Prays cinayət yerinə gedərək orada 2 nəfərin cəsədini aşkar edib. Onlar güllələniblər. Cinayətkar hadisə yerində olmayıb. O, "Toyora Camry" avtomobilində qaçıb.

Az sonra maşın şəhər küçələrindən birində tapılıb. Polis avtomobilin saxlanıldığı ərazidə evə baxış keçirən zaman daha 2 nəfərin öldürüldüyünü müəyyən edib. Cinayətkarın meyiti də orada olub. 4 nəfəri öldürən cinayətkar da intihar edib.

Hələlik hadisənin motivləri bəlli deyil.

Xəbər lenti
0