Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Evlilik və ağılsızlıq arasında əlaqə aşkarlandı

CC BY 2.0 / Iñaki Pérez de Albéniz / We're not old at allПожилой мужчина и молодая девушка, фото из архива
Пожилой мужчина и молодая девушка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dullar nikahda olanlara nisbətən 20% daha çox ağıllarını itirməyə meyllidirlər

BAKI, 10 fevral — Sputnik. Londonun Universitet kollecinin mütəxəssisləri belə bir nəticəyə gəliblər ki, nikahda olan insanlar ağıllarını itirməyə daha az meyllidirlər. 

Tədqiqatçılar Avropa, Amerika və Asiyadan olan təxminən 800 min insan barədə məlumatları təhlil edərək müəyyən ediblər ki, nikaha girməyənlər daha çox ağıllarını itirməyə meylli olurlar. Bu qrup insanlarda qocalıq ağılsızlığının inkişaf riski nikahda olanlara nisbətən 42% çoxdur. Dullar da nikahda olanlara nisbətən 20% daha çox ağıllarını itirməyə meyllidirlər.

Ekspertlər bu nəticələri nikahda olanların daha aktiv həyat sürmələri ilə izah edirlər. Bundan əlavə, evli insanlar zərərli vərdişlərdən uzaq durmağa çalışırlar və düzgüп qidalanmaq istəyirlər.

Mütəxəssislər, həmçinin ailədə qarşılıqlı qayğının olmasını, qarşılıqlı mənəvi dəstəyi müsbət dəyərləndirirlər. Ekspertlərin fikrincə, bu sağlamlığa, sinir sistemi və beynin fəaliyyətinə müsbət təsir göstərir.

Xəbər lenti
0