CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX əməliyyat keçirdi: Xeyli silah-sursat aşkar edilib

© Sputnik / Murad OrujovСотрудники Службы государственной безопасности Азербайджана, фото из архива
Сотрудники  Службы государственной безопасности Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir

BAKI, 10 fevral — Sputnik. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 9-da bu istiqamətdə əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib.

DTX əməkdaşları - Sputnik Azərbaycan
CƏMİYYƏT
DTX Bakı Beynəlxalq Hava Limanında əməliyyat keçirib, tutulanlar var

Bu zaman oradan 2 ədəd — "İJ" və "TOZ-8" markalı tüfənglər, 1 ədəd "Naqan" markalı tapança, 2 ədəd "F-1" qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Alpout kənd sakini Elvin Ələsgərovdan müvafiq sənədləri olmayan "İJ-54" markalı ov tüfəngi götürülüb.

Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir.

Bununla yanaşı ötən gün Bakı şəhər sakini Rüstəm Məmmədov "Makarov" markalı tapançanı və 13 ədəd patronu Xəzər RPİ-yə, Nardaran qəsəbə sakini Sabir Babayev müvafiq sənədləri olmayan "İJ-12" markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci PB-yə təhvil veriblər.

Xəbər lenti
0