CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı məktəbindəki zorlama hadisəsi ilə bağlı açıqlama verildi

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur

BAKI, 10 fevral — Sputnik. Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş verən zorlama faktı ilə bağlı Təhsil Nazirliyindən rəsmi açıqlama verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, açıqlamada deyilir:

“Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı bildiririk ki, təhsilalanların yaş həddi nəzərə alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyatı qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir”.

Məktəbdə boş soyunub-geyinmə otağı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı məktəbində dəhşət: Azyaşlını zorlayan yeniyetmə tutuldu

Qeyd edilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib: "Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur".

132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən C.R. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hazırda istintaq davam etdirilir.

Xəbər lenti
0