CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran İslam İnqilabının 39 illiyi qeyd edilib

© Sputnik / Irade JELILİran İslam İnqilabının 39 illiyi qeyd edilib
İran İslam İnqilabının 39 illiyi qeyd edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Son 4 ildə investisiya, ticarət sahəsində inkişaf əldə olunub

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Fevralın 9-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 39-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

Daha sonra Səfir Cavad Cahangirzadə qonaqları salamlayaraq İranın inqilabdan ötən 39 ildə keçdiyi inkişaf yolundan danışıb.

"İran İslam Respublikası bu müddətdə regional sabitlik amili kimi çıxış edib, terrorizmin qarşısını almaq üçün ciddi və təsirli addımlar atıb. 

Южный терминал международного аэропорта Гейдар Алиев - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda şübhəli İran vətəndaşı saxlanıldı
İran ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa əsaslanan əlaqələr gündən-günə inkişaf edir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm dayaq olub. Biz iki qardaş xalq arasında olan çoxşaxəli əməkdaşlıqlar, qırılmaz tellər yaratmışıq. Son illər ərzində hər iki ölkə arasında qarşılıqlı turist mübadiləsinin artması ölkələrimiz arasındakı dostluğun nəticəsidir", – deyə səfir bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib və bildirib ki Azərbaycan və İran xalqlarını ortaq mənəvi dəyərlər birləşdirir.

Nazir qeyd edib ki, son 4 ildə investisiya, ticarət sahəsində inkişaf əldə olunub. 2017-ci ildə ticarət dövriyyəsi 30 faiz artıb.

"Dünən Astara-Astara dəmir yolu xətti üzrə ilk sınaq yük qatarı İrana yola salınıb. İranda yük terminalının tikintisinə başlanılıb. Bundan başqa, ölkələrimiz arasında humanitar, təhsil, mədəniyyət sahələrində də əlaqələr inkişaf edir", – deyə nazir əlavə edib.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xəbər lenti
0