BAKI, 10 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri Afrində terror qruplaşmalarına qarşı başladılan " Zeytun Budağı" hərəkatının 22-ci günündə açıqlama yayıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, açıqlamada 79 terrorçunun məhv edildiyi bildirib. Məlumatda bildirilir ki, bu günə qədər məhv edilən terrorçuların sayı 1141 nəfərə çatıb.
Açıqlamada qeyd edilir ki, müxtəlif terror qruplaşmalarının 36-ya yaxın sığınacağı və silah anbarı sıradan çıxarılıb.