BAKI, 10 fevral — Sputnik. Prezident İlham Əliyev İlqar Abbasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İlqar Namaz oğlu Abbasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, İ.Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.