CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözlənilən oldu: Bayıl yamacı sürüşdü, bir neçə ev dağılıb

© Sputnik / Irade JELILTeleviziya Qülləsi yaxınlığında sürüşmə sahəsi
Televiziya Qülləsi yaxınlığında sürüşmə sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən axşamdan etibarən yağan qar sürüşmə riskini daha da artırıb

BAKI, 10 fevral — Sputnik. Bu gün saat 14 radələrində Bayıl yamacında, sürüşmə baş verib. Sputnik Azərbaycan Lent.az-a istinadla xəbər verir ki, yamacın təhlükəli ərazi elan edilmiş hissəsində — yuxarı tərəfdə torpaq uçqunu baş verib. Nəticədə bir neçə ev dağılıb, işıq dirəkləri aşıb. Ətrafda yaşayan insanlar təşviş içində təhlükəli zonadan uzaqlaşıb.

Qeyd edək ki, dünən axşamdan etibarən yağan qar sürüşmə riskini daha da artırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Sputnik Azərbaycan-a verdiyi açıqlamada faktı təsdiqləyib: “Bəli, belə bir məlumat almışıq. Hazırda hadisə yerinə gedirəm”.

Xəbər lenti
0