CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balaca bir kənddə 3-cü intihar...

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu hadisə son 6 ayda Salyanın Xıdırlı kəndindəki 3-cü intihardır

BAKI, 10 fevral — Sputnik. Fevralın 9-na keçən gecə Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Sputnik Azərbaycan Lent.az-a istinadla xəbər verir ki, özünü çöl qapısının çərçivəsindən asaraq intihar edən 26 yaşlı Azayev Nurlan Vahid oğlu subay olub və fərdi əməklə məşğul imiş.

Bildirilir ki, fevralın 8-də dənizdən balıq tutmaqdan gələn gənc oğlan evdə nahar edəndən sonra balıqçı dostları ilə görüşməyə gedib və orada yeyib-içiblər. O, dostlarına qayığının motorunun xarab olduğunu və təmir etdirəcəyini deyib. Gecə saat 2 radələrində sərxoş vəziyyətdə evə gələn Nurlan giriş qapısından özünü asıb və bir neçə saat sonra yaxınları onun asılı vəziyyətdə qalmış meyitini aşkar edib. Yaxınlarının sözlərinə görə, Nurlanın daimi işi olmayıb.

Qeyd edək ki, bu hadisə son 6 ayda Salyanın Xıdırlı kəndindəki 3-cü intihar hadisəsidir. Keçən ilin sentyabrında 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu, oktyabrda isə  1986-cı il təvəllüdlü Göyüşova Kəmalə İkram qızı özünü asaraq intihar edib.

Xəbər lenti
0