Türkiyənin hərbi vertolyotu vuruldu

© Photo : AAВертолет ВВС Турции, фото из архива
Вертолет ВВС Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vertolyotun vurulması nəticəsində ölən və yaralananlar var

BAKI, 10 fevral — Sputnik. Afrində Türkiyəyə məxsus hərbi vertolyot vurulub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında deyib. Onun sözlərinə görə, vertolyotun vurulması nəticəsində ölən və yaralananlar var.

"Bütün bunlar olacaq. İtirdiklərimiz də olacaq. Biz müharibənin içindəyik. Əvəzini ağır ödəyəcəklər. Dünən çox sayda raket anbarlarını məhv etmişik. Təbii ki, bu onları dəli edib. Bizim bir vertolyotumuz gedib, ancaq onlar bunun əvəzini qatbaqat ödəyiblər", – deyən Ərdoğan bu günə qədər 1141 nəfər terrorçunun öldürürldüyünü bildirib.

Xəbər lenti
0