Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Zərnigar Ağakişiyevanın əmisi qızından ilginc iddia

© Sputnik / Leyla AbdullayevaƏrkinaz Vəliyeva
Ərkinaz Vəliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Dəfndə Quba rayon İH-nin, şəhər bələdiyyəsinin nümayəndələri, mərhumun Rustov kəndindən gəlmiş qohumları və tanışları iştirak ediblər

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 fevral – Sputnik. Xalq artisti Zərnigar Ağakişiyeva Quba məscidində yuyulduqdan sonra şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb. Dəfndə Quba Rayon İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin nümayəndələri, mərhumun Rustov kəndindən gəlmiş qohumları və tanışları iştirak ediblər. Lakin dəfndə aktrisanın həmkarlarından heç kəs gözə dəyməyib.

Mərhumun əmisi qızı Ərkinaz Vəliyeva mərhum haqqında Sputnik Azərbaycan-ın müxbirinin suallarını cavablandırıb.

— Zərnigar xanım hansısa xəstəlikdən əziyyət çəkirdi?

— Zərnigarda ürək çatışmazlığı və şəkər xəstəlikləri var idi. Təxminən 10 il qabaq “şəkər” xəstəliyindən komaya düşmüşdü. Müalicə aldıqdan sonra səhhəti normallaşdı. Həm xəstəxanada, həm də evdə müalicə alarkən yanında oldum. Amma indi yanında olmağıma icazə vermədi, ona görə də bu üzüntünü yaşadıq.

Onunla sonuncu görüşünüz nə vaxt olub?

— Son vaxtlar özünə qapanmışdı, tək qalmaq istəyirdi. Dekabrda yıxılmışdı. Məni köməyə çağırdı. Çay istədi, verdim. Sonra yaxşı olduğunu deyərək evdən getməyimi istədi. Telefon zənglərinə cavab vermirdi. Onda da həkim briqadası, polis və FHN-nin əməkdaşlarını çağırdım. Onlardan xahiş etdim ki, qapını sındırsınlar, amma nədənsə, heç nə etmədilər. Bilirdim ki, onun qapını açmağa halı yoxdur. Sonradan telefon zəngimə cavab verərək danışmaq istəmədiyini bildirdi.

© Sputnik / Leyla AbdullayevaXalq artisti Zərnigar Ağakişiyevanın dəfni
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni - Sputnik Azərbaycan
1/3
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni
© Sputnik / Leyla AbdullayevaXalq artisti Zərnigar Ağakişiyevanın dəfni
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni - Sputnik Azərbaycan
2/3
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni
© Sputnik / Leyla AbdullayevaXalq artisti Zərnigar Ağakişiyevanın dəfni
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni - Sputnik Azərbaycan
3/3
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni
1/3
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni
2/3
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni
3/3
Xalq artisti Zərnigar Ağakişiyevanın dəfni

Sənət yoldaşlarından kimlər onunla maraqlanırdı?

— Bir çox sənət yoldaşları maraqlanırdılar. Xüsusilə Məleykə Əsədova onunla görüşürdü. Sonradan heç kimi, hətta Məleykəni də yanına buraxmadı. Nəinki sənət yoldaşları, bizi də görmək istəmirdi.

Niyə Qubada dəfn etdiniz?

— Zərnigar özü valideynlərinin yanında dəfn olunmağı vəsiyyət etmişdi. Onun vəsiyyətinə əməl etməyə bilməzdim. Bir çox sənət dostları Bakıda nəsə etmək istədilər, mən icazə vermədim.

Onun heç vaxt ailə həyatı qurmadığı bildirilir. Bu doğrudur?

— Xeyr, doğru deyil. Zərnigar ailə həyatı qurmuşdu, sadəcə tez ayrıldı. Ailə qurduğu insan içki düşkünü və əxlaqsız insan idi. Zərnigarı başqa qadınlarla aldadırdı…

Ərkinaz xanım onu da qeyd edib ki, yanvar ayının 28-də yoldaşı ilə Zərnigar xanımın evinə gedib. Qapının arxasından sənətkarın inildəyən səsini eşidib və Fövqəladə Hallar Nazirliyinə, polisə zəng edərək onları qapını açmağa çağırıblar. Lakin onlar gəlib qapını açmayıblar. Ərkinaz xanım təkidlə qapının sındırılmasını istəyib. Ancaq əlaqədar qurumların nümayəndələri bundan imtina ediblər. Mərhumun əmisi qızı hesab edir ki, onda Zərnigar xanım xəstəxanaya çatdırılsaydı, sağ qala bilərdi. Ərkinaz xanıma o zaman FHN nümayəndələrinin qapını niyə açmamalarının səbəbi hələ də müəmmalı qalıb. 

O vaxtdan bir neçə gün keçəndən sonra yaxınları Xalq artistini ağzı qan içində üzü üstə yıxılmış vəziyyətdə tapıblar. 

Qeyd edək ki, tanınmış teatr və kino aktrisası Ağakişiyeva Zərnigar Fəti qızı 1945- ci ildə Quba rayonunun Rustov kəndində anadan olub. 1972- ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib.

Bir müddət Tədris teatrında çalışan aktrisa, 1974-cü ildən Akademik Milli Dram Teatrına qəbul olunub. Z.Ağakişiyevanın kino və teatrda yaratdığı obrazlar hər zaman tamaşaçılar tərəfindən sevilib. O, 1982-ci ildə əməkdar artist, 2000- ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olan xalq artisti 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Xəbər lenti
0