BAKI, 9 fevral — Sputnik. Türkiyədə sürüşmə nəticəsində qayalar yola səpələnib, yol bağlanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Zonquldaq-İstanbul yolunda sürüşmə meydana gəlib.
Məlumata görə, yola düşən qaya parçaları yolun bir tərəfini tamamilə bağlayıb. Hazırda ərazidə qayaların yoldan götürülməsi istiqmətində işlər görülür.
Qaya parçaları çox böyük olduğu üçün parçalanaraq yoldan çıxarılır. Verilən məlumata görə, yolun bir həftəyə təmizlənəcəyi gözlənilir.