BAKI, 9 fevral — Sputnik. Sosial şəbəkələrdə stress əleyhinə yeni üsul yayılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçiləri stresslə maraqlı mübarizə üsulu kəşf edib. Bu, sabun doğranılması videolarını izləməkdir.
Məlumatlara görə, belə videolar müstəqil duyğusal meridional reaksiyaya aiddir. Belə videoları izləmək və ya dinləmək xoş təəssüratlar yaradır. Bu da streeslə, çaxnaşma və narahatlıqla mübarizə etməyə kömək edir.