Naxçıvanın "muxtar respublika" statusu alması

© Photo : İNTERAZNaxçıvan, Möminə xatun türbəsi
Naxçıvan, Möminə xatun türbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunub

BAKI, 9 fevral — Sputnik. 1924-cü il fevralın 9-da Azərbaycan SSR-nin tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaranıb.

Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda Araz Türk Cümhuriyyəti elan edildi. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə Naxçıvanın muxtariyyəti saxlanıldı.

1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi (Naxçıvan SSR) olduğunu təsbitlədi. 1923-ci ildə Naxçıvan Muxtar Diyarı adlanıb, 1924-cü il fevralın 9-da muxtar respublika (Naxçıvan MSSR) statusu alıb. 1990-cı ilin 17 noyabrından Naxçıvan Muxtar Respublikası adlanır. Sovetləşmədən sonra Naxçıvan ərazisinin bir qismi (o cümlədən Şərur-Dərələyəz bölgəsi) Ermənistana verilib. 

Hazırda Naxçıvan MR-in ərazisi (5,5 min kv km) Naxçıvan şəhəri və 7 inzibati rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.

Xəbər lenti
0