Azər Həsrət: “Mətbuat Şurasının statusunun dəyişdirilməsi müzakirə ediləcək”
Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, qurultayın gündəmində duran əsas məsələlərdən biri Mətbuat Şurası sədrinin və idarə heyəti üzvlərinin yenidən seçilməsidir:
“Mətbuat Şurası sədrinin və idarə heyəti üzvlərinin səlahiyyət müddətləri bitdiyi üçün nizamnaməyə və qanunlara uyğun olaraq yenidən seçki keçirilib bu məsələ həll edilməlidir. Qurultay Azərbaycan jurnalistlərinin ən ali məclisi olduğuna görə orada Mətbuat Şurasının statusunun dəyişdirilməsi, səlahiyyətlərinin genişləndirilməsi barədə müzakirələrin aparılması gözlənilir”.