Ateistlərə qarşı ən dözümsüz ölkələr açıqlandı

© AFP 2024 / Dibyangshu SARKARHindistanda insanlar, arxiv şəkli
Hindistanda insanlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ateistlərə qarşı daha ciddi diskriminasiya formalarına əsasən müsəlmanların çoxluq təşkil etdiyi və ya əsas konfessiyalardan biri olduqları ölkələrdə rast gəlinir

BAKI, 9 fevral — Sputnik. Beynəlxalq etik və humanistik ittifaq (IHEU) ateistlərin təqib olunması barədə hesabat dərc edib.

Hesabat hər bir ölkədə ateistlərə qarşı 4 kateqoriyada münasibəti qiymətləndirir: hakimiyyət, təhsil, ictimai əlaqələr və ifadə azadlığı. Hər bir kateqoriya üzrə 5-ballıq şkala üzrə qiymətləndirmə aparılır – bərabərlik, qaneedici vəziyyət, ateistlərə qarşı sistematik pozuntular, ciddi pozuntular və kobud pozuntular.

Hesabatda 7 ölkədəki neqativ vəziyyət xüsusi qeyd olunur. Bu ölkələrdə 2017-ci ildə ateistlərin aşkar şəkildə təqibi qeydə alınıb. Söhbət Hindistan, Mavritaniya, Malayziya, Maldiv adaları, Pakistan, Səudiyyə Ərəbistanı və Sudandan gedir. Bu ölkələrdə öz baxışlarını aşkar şəkildə ifadə etmiş ateistlərə qarşı məhkəmədənkənar hesblaşmalar, məcburi müalicə hıyata keçirilib, bəzi hallarda onlar həbs olunub.

Ümumi götürdükdə, ateistlərə qarşı ciddi pozuntular olan 85 ölkə qeydə alınıb. 12 ölkədə dinini dəyişməyə və ondan imtina etməyə görə edam cəzası nəzərdə tutulur.

Hesabat müəlliflərinin fikrincə, ateistlərə qarşı daha ciddi diskriminasiya formalarına əsasən müsəlmanların çoxluq təşkil etdiyi və ya əsas konfessiyalardan biri olduqları ölkələrdə rast gəlinir.

Xəbər lenti
0