Yenə acı xəbər gəldi: 2 şəhid, 11 yaralı

© REUTERS / Osman OrsalTürkiyədə şəhidin dəfni, arxiv şəkli
Türkiyədə şəhidin dəfni, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçular müxtəlif növ silahlardan atəş açıblar

BAKI, 8 fevral — Sputnik. Afrindən yenə acı xəbər gəlib. Sputnik Azərbaycan Sözçü-yə istinadən xəbər verir ki, terrorçuların hücumu nəticəsində 2 türk əsgəri şəhid olub, 11 əsgər yaralanıb.

Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, terrorçular müxtəlif növ silahlardan atəş açıblar. Pusqu Afrinin şimalındakı Bülbül bölgəsində qurulub.

Xatırladaq ki, "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başlayıb.

Xəbər lenti
0