Səudiyyədən müsəlmanları qızdıracaq addım: İsrail üçün hava məkanı açıldı

© REUTERS / Faisal Al NasserƏr-Riyad şəhəri
Ər-Riyad şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Orta Şərqdə İranı ortaq düşmən olaraq görən İsrail və Səudiyyə Ərəbistan bu gedişlə bir az da yaxınlaşıb

BAKI, 8 fevral — Sputnik. Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı əlaqələrdə tarixi an yaşanır. Rəsmi Ər-Riyad ölkənin hava məkanını Dehlidən Təl-Əvivə gedəcək "Air India" hava yollarına məxsus təyyarələrə açıb.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, bu icazə ilə Hindistan və İsrail arasında uçuşların vaxtı 2,5 saat qısalacaq.

Orta Şərqdə İranı ortaq düşmən olaraq görən İsrail və Səudiyyə Ərəbistan bu gedişlə bir az da yaxınlaşıb.

Noyabr ayında İsrail ordu radiosuna danışan enerji naziri Yuval Steinitz İrana qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etdiklərini söyləyərək Ər-Riyad və Təl-Əvivin gizli əlaqədə olduğunu açıqlamışdı.

İsrail Baş Qərargah rəisi Gadi Eisenkot da “İrana qarşı Səudiyyə Ərəbistanı və digər mötədil ərəb ölkələri ilə təcrübə və kəşfiyyat bölüşməyə hazırıq” demişdi.

Xəbər lenti
0