Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Biz onların pullarını qorusaq, onlar da bizə pul qazandıracaqlar

© Sputnik / Murad OrujovДоллары США и азербайджанские манаты
Доллары США и азербайджанские манаты - Sputnik Azərbaycan
Abunə olmaq
"Xarici investorlar ölkədə ümumi daxili məhsulun artım tempinə, inflyasiyanın stabil olmasına, insanların alıcılıq qabiliyyətinin olmasına fikir verirlər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Dövlət başçısı yanvarın 18-də investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən, investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Банковские операции. Архивное фото - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda mühüm yenilik: Sıfır sərmayə ilə də şirkət yarada biləcəyik

Sənədə görə, Nazirlər Kabineti, "İnvestisiya fəaliyyəti haqqında" və "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikası qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni "İnvestisiya fəaliyyəti haqqında" qanunun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Sərəncama əsasən, qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənməlidir: investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri; investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu; investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası; mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla); investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası.

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Turan Süleymanov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, xarici investorların cəlb edilməsi üçün bir sıra əlverişli mühit yaradılmalıdır: "Bunlardan birincisi iqtisadi bazanın olmasıdır. Yəni stabil iqtisadiyyat inkişaf etməkdə olan iqtisadi bazadır. Bu zaman xarici investorlar artıq ölkəyə investisiya qoymaq istəyirlər, maraqlanırlar".

"İqtisadi baza olandan sonra ikinci ən önəmli məsələ hüquqi bazanın mövcud olmasıdır. Xarici investorlar buraya investisiya qoyduğu zaman onların pullarının qorunması çox önəmli faktorlardan biridir" — o bildirib.

UNEC-in müəllimi hesab edir ki, bu sərəncamın verilməsi ilk növbədə xarici investorların Azərbaycana cəlb edilməsinə köməklik göstərəcək: "Eyni zamanda, Azərbaycanda işsizliyin aradan qaldırılmasında yeni texnologiyaların tətbiqinə dəstək olacaq. Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarlarına çıxır. Amma satılan məhsulların qiymətinə baxan zaman Rusiya bazarında satdığımız məhsulları 2-3 dəfə artıq Avropa bazarlarında sata bilərik".

T.Süleymanov Türkiyədə və digər ölkələrdə ixracla məşğul olan əksər şirkətlərin Avropa standartlarını tətbiq etdiyini qeyd edib: "Məsələn, Avropa İttifaqında bir sıra standartlar var ki, kənd təsərrüfatı məhsullarının oraya ixrac edilməsi üçün onlara əməl etməliyik. Amma bu standartların əldə olunması çox böyük maliyyə vəsaiti tələb edir".

Onun sözlərinə görə, xarici investorlar ölkədə ümumi daxili məhsulun artım tempinə, inflyasiyanın stabil olmasına, insanların alıcılıq qabiliyyətinin olmasına fikir verirlər: "Bundan başqa, xarici investorlar ölkədə siyasi stabilliyin, hüquqi bazanın olmasına baxırlar. Artıq Azərbaycan bazarı xarici investorlar üçün potensial bazar kimi görünür".

İqtisadçı-ekspert Sabit Bağırov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Xarici investisiyanın qorunması haqqında" qanun çoxdan qəbul edilmiş normativ sənəddir, aktdır və burada təkmilləşdirmənin aparılmasına çoxdan ehtiyac var idi: "Hətta bizim təşkilat da bu barədə bir neçə dəfə tövsiyə və təkliflərlə çıxış edib. Yaxşı olardı ki, yeni qanun ciddi işlənilsin və bu sərəncamı alqışlayıram".

“Yevronyus” telekanalı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı reportaj yayımlayıb - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İlham Əliyev: "Bu layihə böyük gəlir, iş yerləri deməkdir"

Qeyd edək ki, sərəncama əsasən, iqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması məqsədilə bu sahədə islahatlar genişləndirilməli, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühiti, həmçinin investisiyaların qorunması sahəsində qanunvericilik daha da təkmilləşdirilməlidir. Aparılmış təhlillər onu göstərir ki, xarici investorlar tərəfdaşlıq zəminində ölkədə əlverişli investisiya qorunma sisteminin mövcudluğuna xüsusi diqqət ayırırlar. Bu baxımdan investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması mühüm əhəmiyyət kəsb edir.

2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir. Bu sahədə aparılacaq islahatlar iqtisadiyyatda özəl investisiyaların payının artmasına təkan vermiş olacaq.

Xəbər lenti
0