CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğlunun uşağını dünyaya gətirdi

© Photo : Facebook / CreatingBabyJonesKayla Cons və Kodi
Kayla Cons və Kodi - Sputnik Azərbaycan
Abunə olmaq
Oğlunun uşağını 7 ay bətnində gəzdirdi, nəvəsini sağlam şəkildə dünyaya gətirdi

BAKI, 8 fevral — Sputnik. ABŞ-ın Arkanzas ştatının Texarkana şəhərində yaşayan 29 yaşlı Kayla Cons (Jones) adlı qadın əri Kodi (Cody) ilə yeni ailə həyatına başlayıb. Bədbəxtlikdən 17 yaşında yumurtalığında yaranan problem ucbatından Kayla ana ola bilməyəcəkdi.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Kayla ailə qurandan sonra övladını surroqat ananın köməyi ilə dünyaya gətirməli olub.

"Əslində övladımızın dünyaya gəlməsinin bir yolu var idi — surroqat ananın köməyi. Mənim yumurtalıqlarım çıxarılmayıb. Odur ki, bioloji ana ola biləcəkdim. Amma uşağımı qarnımda özüm daşıya və dünyaya gətirə bilməzdim. Ona görə də həyat yoldaşımla mən surroqat anadan istifadə etmək qərarına gəldik" — deyə Kayla bildirib.

Onların surroqat ana olmaq üçün uyğun bir adam tapmaq istiqamətində cəhdləri əvvəlcə uğursuzluqla nəticələnib. 2012-ci ildə cütlük evlənmək qərarına gəlib. Qaynanası hər dəfə onların uşağının surroqat anası ola biləcəyi barədə zarafat edirmiş. Amma cütlüyün bu istiqamətdə bir neçə variantı boşa çıxınca, Kaylanın qaynanasının məsələsi ciddiləşib.

Bir neçə testdən, araşdırmadan sonra həkimlər şübhə ilə Kodinin 50 yaşlı anası Pəttini (Patty Resecker) cütlüyün uşağının anası olmaq üçün hazırlayıb. İlk cəhdləri boşa çıxsa da, 2017-ci ilin mayında Pəttinin hamilə olduğunu öyrəniblər.

7 aydan sonra Kross Allen Cons (Kross Allen Jones) dünyaya gəlib. "Bu şirin möcüzənin dünyaya gəlməsinə heyrətlə baxırdım. Pəttini buna razı salmaq çətin idi. Çünki bunun üçün lazımi prosedurlar onun yaşında olan adam üçün çətin idi. Uşaq dünyaya gələnə qədər də xeyli əziyyət çəkməli oldu" — deyə Kayla bildirib.

Bored Panda nəşrinin müxbirinin "Əziyyətiniz o qədər yaxşı nəticə verib ki, Kross üçün bir qardaş da dünyaya gətirməyi düşünürsüz?" sualına cavabında Kayla deyib ki, böyük ailəsinin olmasını çox istəyir. Amma indi bundan artığını istəmək fikrində deyilik. Çünki bu proses çox bahalı və əziyyətlidir. "Tanrının əlindən tutacağıq və o, özü bizə yol göstərəcək" — deyə uşağın bioloji anası bildirib.

Kayla xoşbəxtdir, onların hekayəsini dinləyib ağız büzənlər haqqında isə deyir: "Əksəriyyət bizi buna görə qınadı. Bəzilərinə bu qəribə gəldi. Ancaq özlərini bizim yerimizə qoysalar və bizim yaşadıqlarımızı yaşasalar, onlara qəribə gəlməyəcək".

Nəticədə günün qəhrəmanı Pətti nənədir. Onun vəziyyəti yaxşıdır, tam qaydaya düşəndən sonra işə çıxacaq və normal həyatına dönəcək. Balaca Kross isə sağlamdır, yaxşı yatır və son dərəcə sevimlidir.

Ailə bütövlükdə özünü xoşbəxt hesab edir. "Krossun nənə və babası həm maddi, həm də mənəvi cəhətdən bizə dəstək oldular. Onları çox sevirəm" — deyən Kayla ona övlad bəxş edən qayınanasına minnətdardır.

Xəbər lenti
0